Bakıda Əjdərbəy məscidinin  açılışı olub

Bakıda Əjdərbəy məscidinin açılışı olub
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər. Dövlət başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxıblar.Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, 2010-cu ildə dövlət başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.Məsciddə yaradılmış şəraitlə tanış olduqdan sonra prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Şimali Qafqazın müftiləri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.Sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar vilayətinin müftisi Yemij Nurbıy, Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, QMİ-nin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafiq Psixaçev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin çıxış ediblər.Görüşdə, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri və üzvləri adından prezident İlham Əliyevin ad günü münasibətilə müraciət oxunub.Daha sonra prezident İlham Əliyev din xadimləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb. Qurandan ayələr oxunduqdan sonra dövlət başçısı çıxış edib.Sonra Çeçenistanın müftisi, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin birinci müavini Soltan Mirzəyev, Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat Qatin və QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.Şeyxülislam hacı Allahşükür Paşazadə Prezident İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə edib. Azərbaycan prezidenti bir daha müftilərlə görüşüb, onlara uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə