\"Quş qripi\"nə qarşı monitorinqin nəticəsi ayın 29-u məlum olacaq
Dövlət Baytarlıq Xidməti \"Quş qripi\"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq, ölkə üzrə növbəti monitorinqə başlayıb. DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin SİA-ya verdiyi məlumata görə, İranda, Çində və digər bəzi ölkələrdə H5 N1 virusu aşkar olunub: \"Köçəri quşların miqrasiyasını nəzərə alaraq Azərbaycanda da mütəmadi olaraq monitorinqlər aparılır. Köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr dekabrın 29-da ictimaiyyətə açıqlanacaq. Hazırda \"Quş qripi\" xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB