Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Balakən rayonunun Tülü və Hənifə kəndlərinin su təchizatı sistemləri istismara verilib. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, Balakən rayonunun Hənifə kəndinin əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilıə kənddə 1 ədəd artezian quyusu qazılıb, 2350 metr uzunluğunda su xətti çəkilib. Eyni zamanda Tülü kəndinin su təchizatının yaxşılaşdırılması üçün də işlər görülüb. Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Tülü kəndində 1 ədəd subartezian quyusu qazılıb, tutumu 10 kubmetr olan su çəni quraşdırılıb və 750 metr uzunluğunda su xətti çəkilib. "Azərsu" ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Hənifə və Tülü kəndlərinin içməli sudan əziyyət çəkən 600-dən artıq sakininin problemi həll olunub.
"Azərsu" ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Şamaxı rayonunun Sabir qəsəbəsində də su təchizatı sisteminin istismara verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Sabir qəsəbəsində subartezian quyu qazılıb, uzunluğu 2 km-dən artıq müxtəlif diametrli su xətti çəkilib. Layihənin icrası müddətində suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılıb və abunəçilər üçün sayğaclar quraşdırılıb. "Azərsu" ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Sabir qəsəbəsində 3000-dən artıq insanın içməli su təminatı yaxşılaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB