Bu gün Bakı şəhər Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatlılığı ilə gənc saç ustalarının müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, layihə respublikada ilk dəfə olaraq reallaşdırılır.
Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, təşkil olunan müsabiqənin əsas məqsədi "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən mədəniyyət və digər sahələrdə gənclərin əməyinin stimullaşdırmaq, onların çalışdığı hər bir sahədə dövlət dəstəyinin gücləndirmək və hərtərəfli inkişafı üçün şəraitin yaratmaqdır: "Bu cür layihələrin reallaşdırılması gənclərin bilik və bacarıqlarının inkişafı və əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Nizami rayonu iki ildir ki, gül bayramında da birinci yeri tutur. İstərdik ki, sac ustalarının müsabiqəsi respublika səviyyəsində keçirilsin və Nizami rayonun istedadları da öz bacarıqlarını nümayiş etdirsinlər".
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova da layihəni alqışlayıb və təşkilatçılara minnətdarlığını bildirib: "Gözəllik sağlamlıq deməkdir və ona hər zaman ehtiyac var. Arzu edirəm ki, gözəllik və təbəssüm üzlərdən əskik olmasın".
Tədbir boyunca bəzədilən modellərin qonaq və münsiflər heyətinin qarşısında nümayişi keçirilib və tədbirin sonunda qaliblərin təltifetmə mərasimi olub.
Münsiflər heyətinin qərarı ilə müsabiqə aşağıdakı saç ustaları qalib gəlib.
Saç kəsimi üzrə 1-ci yer Rəsmiyyə Ramazanova,
2-ci yer Aksana Mehdiyeva,
3-cü yer Sərxan Qulamov,
Klassik saç kəsimi üzrə 1-ci yer Aksana Mehdiyeva,
2-ci yer Ramilə Bağırova,
3-cü yer Anjela Məmmədova,
Avanqard saç düzümü üzrə 1-ci yer Tamilla Əlibəyli.
2-ci yer İlahə Məmmədova.
3-cü yer Günel Cəlilova.
Qaliblər hədiyyə və medallarla təltif olundular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB