Cəbhə kəndləri qazlaşdırılır

Cəbhə kəndləri qazlaşdırılır

Qoşunların təmas xəttinin yaxınlığında cəbhə bölgəsində yerləşən Qapanlı kəndinə 20 illik fasilədən sonra təbii qaz verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, indiyədək rayonun 12 kəndinə təbii qaz verilib. Hazırda Qapanlı kəndində 100 ailə mavi yanacaqla təmin edilib. Yaxın günlərdə rayonun Qarağacı və Molalar kəndlərinə də təbii qaz veriləcək. Açılış mərasimində rayon icra başçısı Ceyhun Cəfərov açılış simvolunu bildirən məşəli alovlandırıb.

Qeyd edək ki, hazırda Səhləbad və Əskipara kəndlərinin qazlaşdırılması davam edir və Tərtər çayının sol sahilinin qazlaşdırılması üçün təşkilatçılıq işləri aparılır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə