Andrey Qorodetskiy: “Hər səfərimdə Bakının sürətli inkişafının şahidi oluram”
"Bu konfrans məndə dərin təəssüratlar yaradıb. Təşkilatçılıq olduqca yüksək səviyyədədir. Eyni zamanda, belə bir mövzuda konfransın keçirilməsi ideyası da yüksək dəyərləndirilməlidir". SİA-nın xəbərinə görə, bunu Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktor müavini, professor Andrey Qorodetskiy deyib. O bildirib ki, mövzu ilə bağlı gəlinən ən məqbul nəticə konfransda Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin çıxışında öz əksini tapıb.
"Əvvəllər eşitmişdik ki, Azərbaycanın çox uğurlu iqtisadi inkişaf strategiyası mövcuddur, bu gün gördüklərimiz əvvəllər bu barədə eşitdiklərimizin əyani sübutu oldu. Müşahidə etdik ki, Bakı çox heyrətamiz şəhərdir. Eyni zamanda, paytaxt Bakı həm müasir, həm də qədim şəhərdir. Hər səfərimdə Bakının sürətli inkişafının şahidi oluram. Bu şəhər inkişaf edən Azərbaycanın vizit kartıdır" - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB