“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə ARDNŞ-nın "Azəriqaz" İstehsalat Birliyi dekabrın 25-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində işləyəcək. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bayram günlərində əhalinin fasiləsiz və davamlı olaraq təbii qazla təmin edilməsi məqsədilə qurum tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib. Bundan başqa Qaz istismar sahələrində sutkanın 24 saatını əhatə etməklə növbətçilik sistemi yaradılıb. Abonentlər həmin günlərdə də qarşıya çıxa biləcək hər hansı bir çətinliklərlə əlaqədar 104 və 185 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB