Əsasən dağ kəndlərində olan təhsil müəssisələrinin binaları yeniləri ilə əvəz olunmaqdadır. Təhsil Nazirliyinin vəsaiti hesabına tikilən Zurnabad kənd orta məktəbinin inşası artıq yekunlaşmaq üzrədir. Bundan əlavə daha iki tədris müəssisəsində isə tikintiyə başlanılıb. Söhbət Quşqara və Qızxılca kəndlərindəki məktəblərindən gedir. Rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hər üç məktəbin növbəti təhsil ili üçün tam istifadəyə verilməsi nəzərdə tutulub.
Rəsmi statistikaya görə Göygöldə 50 orta məktəb var. Burada 9 mindən artıq şagird təhsil alır. Rayonda qəzalı vəziyyətdə olan tədris ocaqları olmasa da təxminən 20-yə yaxın bina uyğunlaşdırılan tikililərdə yerləşdirilib.
İstifadəyə veriləcək orta təhsil ocaqlarında isə hər cür şərait yaradılacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə