Novruz Məmmədov: “\"Erməni soyqırımı\"nın inkarına görə cəza qanunu qəbul edilsə, bu, Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərə bilər” - AÇIQLAMA
\"Türkiyənin göstərdiyi səylər və qondarma erməni soyqırımı məsələsinin tarixçilər tərəfindən araşdırılması ilə bağlı verdiyi təklif nəzərə alınmadan Fransa parlamentində sözügedən qanun qəbul edilsə, bu, demokratiya və plüralizmin mövcudluğuna zərbə olacaq\". Bu sözləri SİA-ya açıqlamasında Prezident Administrasiyasının (PA) Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, rəsmi Bakı həmişə olduğu kimi bu məsələ ilə bağlı Türkiyənin yanındadır və rəsmi Ankaranın atdığı addımları dəstəkləyir: "Azərbaycan və Türkiyə biri-biri ilə qardaş, yaxın dost və tərəfdaş dövlətlərdir. Ona görə də biz bütün bu kimi məsələlərdə Azərbaycan-Türkiyə olaraq eyni mövqedən çıxış edirik".
\"Fransa Senatı qondarma "erməni soyqırımı"nı tanımamağa görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul etsə, Azərbaycan-Fransa münasibətlərinə necə təsir göstərə bilər\" sualına cavabında PA rəsmisi: "Əgər qanun qəbul edilsə, bu, Azərbaycan-Fransa münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki, bu məsələ ilə bağlı hər hansı qanunun qəbulu düzgün və ədalətli deyil. Yüz il bundan əvvəlki hadisə haqqında dəqiq tarixi məlumatlar olmadığı halda, birdən-birə bu məsələ ilə bağlı qanun qəbul etmək doğru deyil. Bilavasitə Qərbin və Avropanın irəli sürdüyü demokratiya, plüralizm və fikir azadlığı baxımından bunu necə başa düşmək olar?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB