“Sosial sifariş haqqında” qanun layihəsi və Korporativ Sosial Məsuliyyət Xartiyası müzakirə olundu-YENİLƏNİB
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHT) qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə "Sosial sifariş haqqında" qanun layihəsi və Korporativ Sosial Məsuliyyət Xartiyasının ictimai müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatlar və yerli QHT təmsilçilərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə açan şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bu qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət kəsb etdiyini və onların QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını vurğulayıb. A. Quliyev şura tərəfindən yaradılmış işçi qrupunun qanun layihələri üzərindəki fəaliyyətini yüksək qiymətləndirməklə bərabər qeyd etdi ki, layihələrin daha da təkmilləşdirilməsi üçün müzakirələr davam edəcək. Daha sonra "Sosial sifariş haqqında" qanun layihəsinin işçi qrupunun rəhbəri Sahib Məmmədov və Korporativ Sosial Məsuliyyət Xartiyasının işçi qrupunun rəhbəri İsrail İsgəndərov çıxış edərək layihələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, layihəyə ilk dəfə olaraq yerli və beynəlxalq ekspertlər öz rəyini verib. Qeyd olunub ki, Qeyri-hökumət təşkilatlarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların ayrılması praktikası əsasən keçmiş sosialist düşərgəsinə aid olan ölkələr üçü daha çox xarakterikdir. Bu sənədin məqsədi isə Azərbaycan Respublikasında Korporativ sosial məsuliyyətin inkişafına, onun əhatə dairəsinin genişləndirilməsinə, bununla da kiçik və orta sahibkarlıq subyektlərini də əhatə etməsinə və dövlət tərəfindən stimullaşdırılmasına təkan verməkdir.
Digər çıxış edənlər Milli Məclisin komitə sədri Ziyad Səmədzadə və Millət vəkili Musa Quliyev də müzakirə olunan qanun layihəsinin sahibkarlara verdiyi üstünlükdən danışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB