Ziyad Səmədzadə: “Bu gün Azərbaycanda 80 faiz ÜDM özəl sektorun payına düşür”

Ziyad Səmədzadə: “Bu gün Azərbaycanda 80 faiz ÜDM özəl sektorun payına düşür”

\"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən qaldırılan bu məsələ diqqətə layiqdir\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Sosial sifariş haqqında" qanun layihəsi və \"Korporativ Sosial Məsuliyyət Xartiyası\"nın müzakirəsinə münasibət bildirərkən deyib: "Bu dəyirmi masa onu göstərir ki, Azərbaycan dinamik inkişaf edir, ölkədə çoxlu özəl şirkətlər fəaliyyət göstərir və sahibkarlar təbəqəsi formalaşır. Təbii ki, burada sahibkarların da sosial məsuliyyəti olmalıdır. Sahibkarlar qazandığları mənfəətin müəyyən hissəsini əhalinin sosial problemlərinin həllinə, ətraf mühitin yaxşılaşmasına bütövlükdə ictimai həyatın daha geniş, müasir səviyyədə qurulmasına xidmət etməlidir".

O həmçinin qeyd edib ki, bu gün Azərbaycanda 80 faiz Ümumi daxili məhsul (ÜDM) özəl sektorun payına düşür.Onun sözlərinə görə, hökumətin fərmanına, sərəncamına ehtiyac yoxdur, ölkədə sahibkarlar üçün kifayət qədər şərait var.

Bütün xəbərlər Facebook səhifəmizdə