Beynəlxalq Diaspor Mərkəzi Fransa səfirliyi qarşısında aksiya keçirib

Beynəlxalq Diaspor Mərkəzi Fransa səfirliyi qarşısında aksiya keçirib

Qondarma erməni soyqırımının inkarına görə cəzanı nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına etiraz edən Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi bu gün Fransa səfirliyi qarşısında aksiya keçirib. SİA-nın xəbərinə görə, aksiya iştirakçıları \"erməni soyqırımı imperializm yalanıdır", "Fransa, Qarabağı işğal edən Ermənistana yardımı dayandır", "Saxta erməni soyqırımını tanımaqdan əl çək, Fransa", "Fransa hökumətinə ar olsun", "Fransa, çaşma, səbrimizi daşırma" kimi şüarlar səsləndiriblər

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev çıxış edərək bildirib ki qondarma \"erməni soyqırımı\" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun parlamentin gündəliyinə daxil edilməsi və müzakirə olunması Fransa demokratiyasının əsl üzünü göstərir, çünki ən azı hər bir insanın düşüncə azadlığı var: \"Erməni soyqırımı\" iddialarının həqiqi olduğunu insanlara məcburi qəbul etdirmək cəhdi Fransa dövlətini dünyada nüfuzdan salmağa yönələn bir addımdır. Xocalıda Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı görməməzlikdən gələn Fransa bu qanunun qəbulu ilə ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə durduğunu bir daha sübut edir. Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedə çıxış etdiyini ATƏT-in Minsk qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərir. Belə olan halda Fransa-Türkiyə münasibətlərinin pozulduğu kimi Azərbaycan-Fransa münasibətlərinə də xələl gələcək".

Daha sonra aksiya iştirakçıları tərəfindən hazırlanan qətnamə Fransa səfirliyinə təqdim olunub.

Qeyd edək ki, qondarma erməni soyqırımının inkarına görə cəzanı nəzərdə tutan layihəni Fransa parlamentinin baş assambleyası bü gün müzakirəyə çıxarmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə