“İlham Əliyev 8 il hakimiyyətdə” adlı kitabın təqdimat mərasimi keçirilib

“İlham Əliyev 8 il hakimiyyətdə” adlı kitabın təqdimat mərasimi keçirilib

Bu gün Sumqayıt şəhər tarix muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında "İlham Əliyev 8 il hakimiyyətdə" adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, bu kitab elmi-praktik materiallara əsasən hazırlanıb. Məqalədə əsasən ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda 8 ildə gördüyü işlər, həm daxili, həm də xarici siyasətlə bağlı yazılmış məqalələr öz əksini tapıb. Xüsusilə də Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə etdiyi səfərlər, Sumqayıt şəhərinin abadlaşdırılması, müxtəlif zavodların tikilməsi ilə bağlı verilən sərəncamlar xüsusi yer alır.


Tədbirdə eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov, Sumqayıt şəhər ictimaiyyəti və rəsmi qurumların nümayəndələri iştirak edib. Bu kitabın gələcəkdə təkcə Azərbaycanda deyil, xarici ölkələrə də göndərilməsi nəzərdə tutulur. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər şöbəsinin sədri Asif İmaməliyev çıxışında bildirib ki, yeni nəşr olunan bu kitab Sumqayıt üçün, eləcə də Azərbaycan vətəndaşlarını məlumatlandırmaq üçün əyani mənbədir.


İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə