\"Korporativ sosial məsuliyyət xartiyası\" müzakirə edilib

\"Korporativ sosial məsuliyyət xartiyası\" müzakirə edilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Milli Məclisin deputatları, beynəlxalq təşkilatlar və yerli QHT təmsilçilərinin iştirakı ilə "Dövlət sosial sifarişi haqqında" qanun layihəsi və \"Koorparativ sosial məsuliyyət xartiyası\" müzakirə edilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət kəsb etdiyini və onların QHT qanunvericiliyinin möhkəmlənməsində müsbət rol oynadığını vurğulayıb. \"Dövlət sosial sifariş haqqında\" qanun layihəsini işçi qurupun rəhbəri Sahib Məmmədov \"Korporativ sosial məsuliyyət xartiyası\"nı isə işçi qrupun rəhbəri İsrail İsgəndərov təqdim edib.

Qeyd edək ki, tədbir qanun layihələrinin müzakirəsi ilə başa çatıb.


Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə