Azad Rəhimov: “Biz istəyirik ki, gördüyümüz işə dəstək xalqdan gəlsin” - MÖVQE
Gələn ilin fevral ayının 15-dək Dünya Olimpiya komitəsinə bizim sifariş kitabçamız qəbul olunmalıdır və onun üzərində hazırda işlər aparılır. Bizim birinci növbədə ən vacib məsələmiz bundan ibarətdir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib.
"Dünyaca məşhur 3 şirkətlə müqavilə bağlanılıb. Azərbaycanda ilk dəfə olaraq belə bir videoçarx təqdim olunub. Bununla biz sübut etməliyik ki, Azərbaycan 2020-ci il Olimpiya oyunlarına ev saibliyi etməyə tam hazırdır. Biz istəyirik ki, bu işə dəstək dövlətdən, məmurlardan yox, xalqdan gəlsin"- deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB