Anne-Marie Lizin: \"Azərbaycan tez bir zamanda Dağlıq Qarabağ problemini həll edə bilər\" - MÖVQE
Cənubi Qafqazın 3 ölkəsindən 2-nin xristian mənşəli olmasına görə, Avropa ilə əlaqələndirilməsi düzgün deyil. SİA-nın xəbərinə görə, bunu Belçika senatının fəxri sədri Anne-Marie Lizin deyib. O bildirib ki, Azərbaycanın hər zaman Avropa ilə əlaqəsi və bu əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Onun sözlərinə görə, bu gün dünyada yeni sosial media, təlim, təhsil, elektron səhiyyə üçün imkanlar yaranıb.
A.Lizin bununla yanaşı bu gün dünyada müəyyən problemlərin olduğunu da qeyd edib. O bildirib ki, polis sistemində hələ ki, mövcud olan sovet düşüncəsini dəyişmək lazımdır: "Bundan əlavə, hələ də 15-16 yaşlı qızların ərə verilməsi faktı var. Buna görə də qadınların azadlıqdan istifadəsi üçün müəyyən işlər görülməlidir. Bu gün dünyada baş verən \"Ərəb baharı\" Avropa üçün Aralıq dənizinin cənubi ölkələri üçün narazılıq doğurur. Avropa artıq müharibələrdən yorulub və əməkdaşlıq, dialoq istəyir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nümayiş etdirmək üçün bir çox məsələləri var. Azərbaycana kifayət qədər dəstəyin olduğuna görə, Dağlıq Qarabağ münaqişəsini həll edə bilər. Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malik olan Azərbaycan tez bir zamanda Dağlıq Qarabağ problemini həll edə bilər".
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB