Bolqarıstan prezidentinin müşaviri: “Cənubi Qafqazda lider olan Azərbaycan mühüm əhəmiyyətə və rola malikdir” - AÇIQLAMA
"Bu gün Azərbaycanda başlayan beynəlxalq tədbirdən yekun nəticə çıxarmaq hələ tezdir. Tədbirdə edilən çıxışlardan da göründüyü kimi bu tədbir təşkilatçılar və dünya ölkələrinin siyasi elitası üçün çox müsbət nəticə verəcək". SİA-nın xəbərinə görə, bunu Bolqarıstan prezidentinin Qara Dəniz məsələləri üzrə müşaviri Peter Kinev deyib.
O bildirib ki, modernləşmə siyasəti, yeni iqtisadi və sosial çağırışlar haqqında tədbirdə səsləndirilən suallar müntəzəm olaraq müzakirə edilməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə və Afrikada mövcud olan iqtisadi maliyyə böhranı və digər siyasi məsələlər Avropada müzakirə olunmalıdır.
"Cənubi Qafqazda lider olan Azərbaycan mühüm əhəmiyyətə və rola malikdir. Bolqarıstan və Azərbaycan arasında olan münasibətlərə gəlincə, qeyd edim ki, bu əlaqələr hər zaman olub və bundan sonra da davam edəcək. 3 həftə öncə Bolqarıstan prezidenti Georgi Pırvanovun Azərbaycana səfəri olub. Qeyd edim ki, Azərbaycan prezidenti ilə Bolqarıstan prezidenti arasında sıx dostluq əlaqələri var. Eyni zamanda, İlham Əliyev Bolqarıstanın birinci dərəcəli yüksək ali rütbəsinə layiq görülüb və həmçinin Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov "Heydər Əliyev" ordeni ilə təltif edilib", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB