Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin Fransa səfəri davam edir

Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin Fransa səfəri davam edir

Türkiyə Böyük Millət Məclisi nümayəndə heyətinin Fransa səfəri davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa parlamentində qondarma erməni soyqırımının inkar edilməsini qadağan edən qanunun səsverməyə qoyulmasına bir gün qalmasına baxmayaraq tərəflər arasında danışıqlar davam edir. Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi heyət dünən Fransa prezidenti Nikolya Sarkozinin diplomatik təmsilçisi Jan-David Levit və Fransa parlamentinin sədri Bernar Akui ilə danışıqlar aparıb.
Bu gün isə Türkiyə nümayəndə heyəti Fransanın xarici işlər naziri Alen Jüpe ilə görüşüb. Görüş qapalı keçib.

Qeyd edək ki, dekabrın 22-də Fransa Senatında səsverməyə çıxarılacaq qanun layihəsinin qəbul edilcəyi təqdirdə, qondarma erməni soyqırımını inkar edən şəxsi 1 il həbs cəzası yaxud da 45000 avro məbləğində cərimə gözləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə