Polşa Seyminin deputatı: \"Azərbaycan Asiya ilə Avropanın mərkəzində yerləşdiyindən problemlərin həllinə öz köməkliyini göstərməlidir\"

Polşa Seyminin deputatı: \"Azərbaycan Asiya ilə Avropanın mərkəzində yerləşdiyindən problemlərin həllinə öz köməkliyini göstərməlidir\"

Bu gün Azərbaycan çiçəklənən və inkişaf edən müstəqil bir ölkədir. SİA-nın xəbərinə görə, Polşa Seyminin deputatı, keçmiş xarici işlər naziri Anna Elzbietta Fotuqa deyib ki, Azərbaycanda bütün dünya ölkələri siyasətçilərini bir araya toplanması bu inkişafın bariz göstəricidir.

"Təbii ki, hazırda dünyada müxtəlif və çətin proseslər baş verir. Bütün bunları həll etmək üçün dünya xalqları, siyasi liderləri yığışaraq problemin həll yollarını tapmalıdır. Şərqi və Mərkəzi Avropa inkişaf etməlidir ki, bundan ümumilikdə Avropa regionu yararlana bilsin. Bizi ən çox maraqlandıran məsələ problemlərə ümumi bir həll yolunun tapılmasıdır. Polşanın daxilində də bir çox problemlər var. Bu ölkə Avropanın mərkəzində yerləşdiyi üçün daha çox inkişaf etmək və problemlərdən uzaq olmağa çalışır. Təbii ki, Avropanın ümumi problemlərini həlli çox çətin məsələdir. Amma bunun həlli istiqamətində səylər birləşməli və birgə mübarizə aparılmalıdır. Azərbaycan da Asiya ilə Avropanın mərkəzində yerləşdiyi üçün bu proseslərdə öz köməkliyini və dəstək əlini uzatmalıdır", - deyə o əlavə edib.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə