Küçə reklamlarında dövlət dilinin qorunması ilə bağlı layihənin təqdimatı keçirilib
Bu gün "Söz azadlığı müdafiə fondu küçə reklamlarında dövlət dilinin" qorunması ilə bağlı layihənin təqdimatını keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları Musa Yaqub və Sabir Rüstəmxanlı, Söz Azadlığının Müdafiə Fondunun (SAMF) icraçı direktoru Vüqar Tofiqli, SAMF – in layihə koordinatoru Nəzirməmməd Quliyev, media nümayəndələri və bir çoxları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Musa Yaqub tədbir haqqında geniş məlumat verib. Onun sözlərinə görə, paytaxt Bakının küçə və prospektlərində, media qurumlarında, etnoqrafik adların yazılışında Azərbaycanın dövlət dilinə qarşı ölkə qanunvericiliyində nəzərdə tutulmuş prosedurların gözlənilməsi, yerli – yersiz əcnəbi sözlərin yazılması və tələffüzü artıq bütün ziyalılarımızı narahat etməyə başlayıb. "İlk öncə biz öz dilimiz qorumalıyıq ki, dilimizə hörmət etsinlər", -deyərək millət vəkili bildirib.
Tədbirdə söz alan SAMF – ın icraçı direktoru Vüqar Tofiqli öz fikirlərini belə söyləyib: " 2011- ci ilin noyabr ayında Söz Azadlığının Müdafiə Fondunun əməkdaşları Bakı şəhərində yerləşən firma və digər təyinatlı obyekt adlarının yazılışındakı analoji vəziyyətin öyrənilməsini aydınlaşdırmaq məqsədi ilə monitorinq keçirib. Araşdırmalar nəticəsində müəyyən olunub ki, reklam xarakterli lövhələrin ümümillikdə 63 %- i ingilis dilində, 14- i % rus dilində, 12- i % türk dillərində olan sözlərdən ibarətdir. Hətta qeyd etmək istərdim ki, küçələrimizdə italyan, yapon, və çin dilində olan yazılara da rast gəlmək mümükündür".
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı hər bir azərbaycanlını öz dilini qorumağa çağırıb. "Bizim dilimizə qarşı təzyiq var. Küçələrimizdə demək olar ki, Azərbaycan dilində reklam yoxdur. Heç bir millətdə belə hallar baş vermir. Çox biabırçı vəziyyətdir. Bizim özümüzdə biganə yanaşaraq bu dərəcəyə gətirib çıxartmışıq\" – S.Rüstəmxanlı fikirlərini belə tamamlayıb.
Qeyd edək ki, konfransda Söz azadlığı müdafiə fondunun küçə reklamlarında dövlət dilinin qorunması ilə bağlı video çarxı izlənib.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB