Azərbaycan və Ukrayna universitetləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Ukraynanın Nəqliyyat Universitetində təhsil alan xarici tələbələrin sayı baxımından Azərbaycan ikinci yeri tutur. SİA-nın xəbərinə görə, bunu "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" beynəlxalq konfransında iştirak edən Ukraynanın Milli Nəqliyyat Universitetinin rektoru Nikolay Dmitriçenko deyib. O bildirib ki, həm əyani, həm də qiyabi təhsil formasında azərbaycanlı tələbələrin sayının artırılmasında maraqlıdır. O, rektor kimi azərbaycanlı tələbələrin təhsilindən razı olduğunu qeyd edib.
Rektor vurğulayıb ki, Bakıya səfəri çərçivəsində Ukraynanın Milli Nəqliyyat Universiteti və Azərbaycanın Texniki Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
"Saziş Bolonya prosesi çərçivəsində əməkdaşlığı nəzərdə tutur. Ukrayna və Azərbaycan təhsil və elmin Bolonya sisteminin prinsiplərini fəal həyata keçirir. Bu əməkdaşlıq tələbə, professor-müəllim heyəti mübadiləsinə imkan verəcək ki, bu da iki ölkə üçün çox vacibdir. Sazişin daha bir maddəsi Bolonya sistemi üzrə beynəlxalq layihələrdə birgə iştirakdır. Belə ki, tədris prosesinin təşkilinə yanaşmalarımızı yenidən nəzərdən keçirmək lazımdır. Əməkdaşlığın digər sahəsi kompüterləşmə, kommunikasiya və məlumatlandırma məsələləri olacaq. Bundan əlavə, iqtisadiyyatın modernləşməsində ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm verilməlidir", - deyə N.Dmitriçenko əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB