Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri BDM-də görüş keçirib

Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri BDM-də görüş keçirib
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev Tatarıstan Muxtar Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nail Zaripovla görüşüb. SİA-nın verdiyi məlumata görə, səmimi keçirilən görüşdə Azərbaycan-Tatarıstan münasibətləri müzakirə olunub, hər gün möhkəmlənən dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Tatarıstanın daimi nümayəndəliyi ilə birlikdə yaxın vaxtlarda birgə tədbirin keçirilməsi müzakirə olunub və razılıq əldə olunub. Görüşdə BDM-in Tatarıstandakı nümayəndəsi Natiq Bədəlov da iştirak edib.

Qeyd edək ki, bu günlərdə Natiq Bədəlov BDM-in Tatarıstan nümayəndəsi kimi dostluq münasibətlərinin inkişafına görə, Tatarıstan prezidenti tərəfindən fəxri diplomla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə