297 məktəbəqədər təhsil müəssisəsi qəza vəziyyətindədir

297 məktəbəqədər təhsil müəssisəsi qəza vəziyyətindədir

2011-2013-cü il Bakı şəhəri və qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Bakı 14 uşaq bağçası tikilib. Bu barədə məlumatı SİA-ya Təhsil Nazirliyinin sektor müdiri Nərminə Alnağıyeva verib. N. Nağıyeva bildirib ki, 137 məktəbəqədər təhsil müəssisəsi təmir olunub, 10 bağçada isə əsaslı təmir olunacaq. Qeyd edək ki, hazırda ölkədə 112892 uşağı əhatə edən 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə 1173 məktəbəqədər müəssisənin əsaslı təmirə ehtiyacı var. 297 məktəbəqədər təhsil müəssisəsi isə qəza vəziyyətindədir.


Bütün xəbərlər Facebook səhifəmizdə