Əli Əhmədov: \"Azərbaycandakı inkişafın kökündə dayanan ən əhəmiyyətli amillərdən biri modernləşmə siyasətidir\" - MÖVQE

Əli Əhmədov: \"Azərbaycandakı inkişafın kökündə dayanan ən əhəmiyyətli amillərdən biri modernləşmə siyasətidir\" - MÖVQE

\"Təkmilləşmə və modernləşmə sahəsində Azərbaycanda əhəmiyyətli işlər görülür\". Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov deyib.

YAP-ın İcra katibi bildirib ki, Azərbaycandakı inkişafın kökündə dayanan ən əhəmiyyətli amillərdən biri modernləşmə siyasətidir. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi modernləşmə siyasəti öz bəhrəsini verməkdədir: "Biz modernləşməyə bundan sonrakı inkişımızın əsas fundamental əsaslarından biri olaraq yanaşırıq. Hesab edirik ki, bu istiqamətdə Azərbaycan daha da irəliyə gedəcək. Bu da bütün Azərbayanın daha da güclənməsinə, bütün sahələrdə qüdrətinin daha da artmasına gətirib çıxaracaq".

Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının bir sıra ölkələrin partiyaları ilə geniş əlaqələrinin olduğunu, onlarla mühüm əməkdaşlıq əlaqələri qurduğunu deyib.

"Bu əməkdaşlıq əlaqələrinin mövcud olması konfransın bu cür əzəmətli keçməsinə təkan verib. Belə tədbirlərin keçirilməsi bütövlükdə Azərbaycanın təşviq edilməsi, tanıdılması, ölkədəki inkişafın bir daha başqa ölkələrdə yaşayanalara nümayiş etdirilməsi imkanını yaradır. Bu çox əhəmiyyətli bir tədbirdir və bunun əhəmiyyətli olmasına bir çox səbəblər var. Tədbirdə səsləndirilən fikirlər həm qlobal miqyasda, həm yaşadığımız region, həm də Azərbaycanın özündə bundan sonrakı inkişafın dəyərləndirilməsi və inkişafına dəstək verilməsi üçün xüsusi əhəmiyyətə malikdir", - deyə icra katibi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə