Gəncədə analoqu olmayan filarmoniya binasının tikintisi sürətləndirilib

Gəncədə analoqu olmayan filarmoniya binasının tikintisi sürətləndirilib

Hazırda ərazidə qazıntı işləri aparılır və binanın bünovrəvsinin qoyulmasına start verilib. Respublikada ən baxımlı filarmoniya binası olacaq tikilinin analoqu yoxdur. İş icraçısı Elçin Məmmədovun SİA-ya verdiyi məlumata görə, ilkin məqsədimiz binanın bünövrəsini hazırlamaqdır.


Köhnə "Bakı" kinoteatrının yerində tikilən filarmoniya binası üçün təxminən 26 milyon manat xərclənəcək. Burada 800 nəfərlik zal, məşq və qrim otaqları inşa ediləcək. Bina müasir istilik, havalandırma və işıq sistemləri ilə təhciz ediləcək. Ən əsası isə odur ki, burada ilk dəfə olaraq yeralltı avtomobil dayanacağı da istifadəyə veriləcək. Bununla yanaşı 10 ildən artıqdır qəzalı vəziyyətdə olan Gəncənin hazırki filarmoniya binasında da söküntü işlərinə başlanılıb.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə