Astara Elektrik Stansiyasında ən müasir avadanlıqlar quraşdırılıb

Astara Elektrik Stansiyasında ən müasir avadanlıqlar quraşdırılıb

Astara Elektrik Stansiyasında dünya standartlarına cavab verən ən müasir nəzarət-ölçü cihazları, mühafizə və idarəetmə avadanlıqları quraşdırılıb. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, aqreqatlar qısa müddətdə - 10 dəqiqə ərzində işə qoşulur. İstehsal edilən enerjinin ötürülməsi üçün stansiyada tikilən 110/11 kV-lik yarımstansiyanın fəaliyyəti qənaətbəxşdir.

Qeyd edək ki, istismar müddəti ərzində aylar və illər üzrə elekrtik enerjisinin istehsalı, faydalı buraxılışı, xüsusi sərfiyyat və şərti yanacağa dair proqnoz göstəriciləri müntəzəm olaraq yerinə yetirilib. Belə ki, 2011-ci ilin 11 ayı ərzində stansiyada 234 milyon 187 min kilovatsaat elektrik enerjisi istehsal edilib. Fəaliyyətə başladığı gündən bu ilin noyabr ayının sonuna kimi isə stansiyada 1 milyard 932 milyon 291 min kilovatsaat elektrik enerjisi istehsal edilib.

Ötən illər ərzində stansiyanın bütün aqreqatlarının və köməkçi avadanlıqların texniki təmir qrafikinə ciddi əməl edilib. Məhz bunun nəticəsidir ki, istismar vaxtı ərzində heç bir ciddi nasazlıq meydana çıxmayıb. Aqreqatlara texniki qulluq və xidmət işləri stansiyanın işçi heyəti tərəfindən vaxtlı-vaxtında yerinə yetirilir. Hazırda stansiyada 3 maşın təmirdədir: 3, 8 və 9 saylı aqreqatlara növbəti istismar həddinə uyğun texniki qulluq göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə