Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Respublika Gənclər Debat Forumu"nun yekun tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Forum iştirakçıları mükafatlandırılıb və Forumun rəsmi bağlanış mərasimi keçirilib.
Məlumat üçün bildirək ki, "Respublika Gənclər Debat Forumu" sentyabr- dekabr aylarını əhatə edərək 150-dən artıq müxtəlif səviyyəli təlim, seminar, ictimai debatları birləşdirir. 4 ay müddətində forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qəbələ, Lənkəran şəhərlərindən 2000-dən artıq gəncin iştirakı nəzərdə tutulsa da 3000-dən artıq gənc iştirak edib. Forumun mövzusu "Gənc ailələrə dövlət dəstəyi" olub.
Qeyd edək ki, debat Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB