Şəfa otağı - “YAŞIL APTEK\"

Bütün xəstəliklərin loğmanı da təbiətdir, dərmanı da...


Səfa otağı -"YAŞIL APTEK" rubrikasında xəstəliklərdən təbii üsullarla müalicə yollarına cavab tapa bilərsiniz.


Hər hansı xəstəlikdən ağrısız, dərmansız, həkimsiz, təbii yollarla müalicə almaq istəyirsinizsə suallarınızı [email protected] elektron ünvanına göndərin. Suallarınızı mütəxəssislər cavablandıracaq.


Bakı sakini 63 yaşlı Vəsilə Məmmədova:


- Uzun illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəliyin müalicəsi və şəkərin sabit saxlanılması üçün məsləhətinizə ehtiyacım var.

- Şəkərli diabet geniş yayılmış xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkənlər ilk növbədə pəhrizə ciddi əməl etməli, gündəlik qəbul etdikləri kalorini düzgün seçməlidirlər. Şəkərli diabetdən əziyyət çəkənlər aclığa dözümsüz olur. Bu səbəbdən də qidalanma rejimi gündə 4 - 5 dəfə olmalıdır. Qidanın 20 - 25 faizini zülallar təşkil etməlidir. Heyvanmənşəli yağlar bitki yağları ilə əvəz olunmalıdır. Qoyun əti, üzüm, tərkibində qlükoza olan bütün qidalardan uzaq durmaq məsləhətdir.


Soğan, limon, qoz, nar şirəsi, lobya, portağal, kərəviz, kahı kimi bitkilər qanda şəkərin miqdarını azaldır. Bu xəstələrə aclıq da müsbət təsir göstərir. Çiy palıd qozaları da xəstələrin rifahının yaxşılaşmasına kömək edir. Limonun şəkər xəstələrinə təsiri müsbətdir. Limon qabığını 2 xörək qaşığı miqdarında 2 stəkan suda bağlı qabda 30 dəqiqə qaynadıb 10 dəqiqə dəmdə saxladıqdan sonra içmək şəkəri endirir.


Susuzluqdan əziyyət çəkən bu xəstələrə limon şirəsi, ayran, yemiş, qarpız, sulu heyva, portağal və naringinin çox şirin olmayan şərbəti məsləhətlidir.


Kartofu buxarda bişirib yemək də məsləhət görülür. Şəkər xəstələri 40 gün ərzində gündə 30 qram abqora içsələr, onların şəkəri aşağı düşər. Çayı tut qurusu ilə içmək, qatıq, qurut da diabetliklərə faydalıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə