Qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun sabah Fransa Məclisində müzakirəyə çıxarılacaq. SİA-nın xəbərinə görə, Parisdəki Türk heyətindən isə son xəbərdarlıq gəldi: \"Türkiyə 2001-ci ildəki Türkiyə deyil\".
Fransada hökumət, məclis komissiyasında 1915-ci il hadisələri ilə bağlı ermənilərin qondarma soyqırımı iddialarının inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin gündəmə salınmasına etiraz etmədi və yeni qanununun sabah səs verməyə təqdim edilməsi dəqiqləşdi.
Fransa Məclisi Qanunlar Komissiyası iqtidardakı Xalq Hərəkatı Birliyinin (UMP) Marsilyadan millət vəkili seçilən Valerie Boyer tərəfindən hazırlanan qanun layihəsi 7 Dekabrda qəbul etmişdi. Qanunda, \"Fransız qanunları tərəfindən tanınan soyqırımların inkarı, 1 il azadlıqdan məhrumetmə və 45 min avro pul cəzası kəsilir\" ifadəsi yer alır. Fransa parlamenti 29 Yanvar 2001-ci ildə \"Fransa 1915-ci ildəki erməni soyqırımını tanıyır\" ifadəsi ilə qələmə alınan bir qanunu təsdiqləmişdi.
Parisdə danışıqlarını davam etdirən Türkiyə Böyük Millət Məclisinin Heyəti dünən səfərini tamamlayıb. Nümayəndə heyətinin rəhbəri Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili və Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Volkan Bozkır Türkiyənin 2001-ci ildə Fransaya reaksiya verdiyini, lakin sanksiya tətbiq edə bilmədiyini deyənlərə cavab verib. Bozkır, \"O dövrdə AKP iqtidarda deyildi\" deyib. "Türkiyə dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahibdir, bölgədə sözü son dərəcə etibarlıdır, dünyada artıq özünə kifayət qədər nüfuz qazanıb, siyasi və iqtisadi sabitliyi ilə cümhuriyyət tarixinin ən güclü dövrünü yaşayan Türkiyənin bu səfər nə edəcəyini ehtimal etmək üçün keçmişdə nə etdiyinə baxmaq son dərəcə səhv olacaq\",-deyə Bozkır bildirib.
Fransadakı türk diasporunun nümayəndələri ilə görüşündə isə Bozkır Türkiyənin artıq köhnə Türkiyə olmadığına diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB