Hicran Hüseynova: “Ailə münasibətlərində mövcud olan mənfi halların qarşısı alınmalıdır”

Hicran Hüseynova: “Ailə münasibətlərində mövcud olan mənfi halların qarşısı alınmalıdır”

Azərbaycan cəmiyyətində ailə münasibətləri üstün tutulur, ən böyük güc və qüdrət tələb olunur. SİA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, gələcəkdə bir çox sahələr üzrə uğurların əldə olunmasında da bu dəyərlər mühüm əhəmiyyət daşıyacaq. Onun sözlərinə görə, ailənin dağılması müəyyən dövlətin dağılmasına gətirib çıxarır. Ailənin dövlətin əsas kökü olduğunu deyən komitə sədri vurğulayıb ki, onları hər zaman qorumaq lazımdır.

H.Hüseynova qeyd edib ki, bu inkişaf edən Azərbaycanda ailə münasibətlərində mənfi hallar da mövcuddur: "Bəzi ərazilərdə 14-15 yaşlı qızlar məktəbə getmir. Bəziləri buna "uşaq mənimdir, özüm bilərəm" deməklə aydınlıq gətirir, bizim adət-ənənədə belə halların olduğunu deyirlər. Amma belə fikirlər yanlışdır və onlardan qorunmaq lazımdır. Bu daha çox kənar təsirlərdən baş verir və bunun qarşısını almaq üçün mühüm işlər görülməlidir. Məişət zorakılığı və mövcud olan digər problemlər ailənin zəifləməsinə səbəb olur. Ailə zəifləməsinin dövlətin inkişafına mənfi təsir göstərməsinin qarşısını almaq üçün mühüm işlər görülməldir".

Bütün xəbərlər Facebook səhifəmizdə