Latviya Respublikasının sabiq prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda səfərdə olan Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers Fəxri xiyabanda olub. SİA-nın xəbərinə görə, o, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn Valdis Zatlers Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB