Bu gün Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Qadın İştirakçılığı proqramına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, proqramın əsas məqsədi qadınlarla bağlı vacib məsələlər üzrə ictimai məlumatlandırma aparmaqla, ictimai-siyasi və qərar qəbul etmə proseslərində daha çox qadının iştirakını dəstəkləmək və Azərbaycanda qadınların ictimai-iqtisadi statusunu gücləndirməkdir. Lahiyə ABŞ-ın USAİD tərəfindən maliyyələşdirilən 2 illik proqramı və Qlobal Vətəndaş cəmiyyətinin gücləndirilməsi üzrə liderlik və tərəfdaşlıq qrantı çərçivəsində həyata keçirilib. Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Qadın İştirakçılığı proqramının rəhbəri İlqar Qasımov tədbirdə çıxış edərək, bu layihə çərçivəsində aparılan fəaliyyətləri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə konvensiyasına (CDEAW) dair Azərbaycan hökümətinin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi ilə sıx bağlı olduğunu bildirdi. Daha sonra ABŞ İnkişaf Agentliyinin Azərbaycan missiyasının rəhbəri Maykl Qrin layihə haqqında ətraflı məlumat verib: "Biz inanırıq ki, Qadın İştirakşçılığı proqramı ölkənin ictimai-iqtisadi və siyasi həyatında qadın hüquqlarının və gendər bərabərliyinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan hökümətinin səylərinin dəstəklənməsində çox mühüm rol oynayacaq". Tədbirdə yerli vətəndaş cəmiyyəti təşkilatlarının, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAİD, həmçinin ATƏT, Avropa İttifaqı, BMT Əhali fondu kimi digər humanitar, beynəlxalq donor təşkilatlarının nümayəndələri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB