Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək

Gələn ilin birinci rübündə Minskdə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib:


"Ölkələrimiz arasında hər tərəfli mühasiblər yüksək templə inkişaf edir. Yaxın vaxtlarda baş nazir Artur Rasizadənin Belarusa səfəri gözlənilir. Hazırda bu səfərin tarixi müəyyənləşdirilir".


Səfirin sözlərinə görə, "Azərbaycanda iş adamları Belarusa investiya qoymaqda da maraqlıdırlar: "Səfirlik də bu işdə iş adamlarına istənilən dəstəyi verəcək".


Bütün xəbərlər Facebook səhifəmizdə