"Sifariş"-in təqdimatı
Hazırda Azərbaycan haqqında ətraflı məlumatları özündə əks etdirən "sifariş kitabı" hazırlanır. Olimpiya oyunlarının idman sahəsinə aid olmasına baxmayaraq, tək idman haqda deyil dövlətin ümumi iqtisadi, ekoloji durumunu əhatə edəcək. SİA-nın xəbərinə görə, bunu Bakı Olimpiya Oyunları – 2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva jurnalistlərə bildirib.Onun sözlərinə görə, 2012-ci ilin Fevral ayının 15-dək kitab hazırlanaraq Beynəlxalq Olimpiya Komitəsinə (BOK) göndəriləcək: " BOK tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək. 2012-ci ilin aprel ayında BOK-un İcrayə komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq".O, qeyd edib ki, BOK iddiaçı şəhərlərin qarşısında iqtisadi durumunun güclü olması tələbini qoyur və Bakı bu baxımdan heç bir risk təşkil etmir, əksinə böyük üstünlüyü var: "Qarşıda 9 il var və bu kifayət qədər böyük işlər görməyə şərait yaradır".Xatırladaq ki, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə