“Yeni Həyat”ın əyləncə məkanı olan \"Megafun\"

“Yeni Həyat”ın əyləncə məkanı olan \"Megafun\"

Bu gün Azərbaycanın inşaat liderlərindən biri olan "Yeni Həyat" şirkəti yeni layihəsini təqdim edib. SİA-nın xəbərinə görə, "Yeni həyat" bununla daha bir yeniliyə imza atıb. Şirkət paytaxtın mərkəzində inşa etdiyi multifunksional "Yeni Həyat" kompleksində yaxın zamanlarda Avropanın ən böyük qapalı əyləncə mərkəzinin istifadəyə veriləcəyini açıqlayıb.


Layihənin əsas iştirakçılarından biri olan "Meridyen" Oyun makinaları Pazarlama Ticarət LTD şirkətinin sədri Hüseyn Özalp yeni mərkəz haqqında ətraflı məlumat verib. O bildirib ki, ümumi sahəsi 10 539 kavdrat metr olan və "Megafun" adlanacaq bu əyləncə mərkəzi ailəvi əyləncə məkanına çevriləcək: "Onun əyləncə bölümündə 169 oyun aparatı, 13 simulyator, 17 atraksion, 7 kinoteatr, 1 buz meydançası və Azərbaycanda ilk dəfə olaraq 16 xətli boulinq zalı yer alacaq. Tərkibindən mənzillərin, ofislərin,gözəllik salonunun, mağazaların, otel və restoranların yer aldığı bütöv bir kompleksin daxilində olması, buraya gələn müştərilər üçün bütün günün rahat şəkildə keçriilməsinə imkan verəcək. Bununla yanaşı, yeniliyin şəhərin mərkəzində yerləşməsi və nəqliyyatın istənilən növündən istifadə etmə imkanı "Megafun"ı paytaxtın əsas məkanlarından birinə çevirəcək. Dünyanın bir sıra inkişaf etmiş ölkələrdən olan 20-dən çox istehsalçıların ən müasir avandıqlar da bu mərkəzdə yer alacaq. Bu mərkəzdə 200-250-ə yaxın insan fəaliyyət göstərəcək. Yeni mərkəz gündəlik olaraq minium 2500, həftə sonları isə 10 minə qədər insanı qəbul etmək gücünə malikdir".


Tədbirin davamında "Yeni Həyat" ilə layihəni hazırlayan "Meridyen" Oyun makinaları Pazarlama Ticarət LTD şirkəti və bu əyləncə mərkəzində avadanlıqları tətbiq ediləcək Böyük Britaniyanın "LAİ GAMES", ABŞ-ın "Qubica AMF" və İspaniyanın "İntercard İNC" şirkətləri arasında müştərək razılaşma sənədi imzalanıb. İmzalanmadan sonra layihə rəhbələri və qonaqlar jurnalistləri maraqlandıran sualları cavablandırıb.


Qeyd edək ki, "Yeni Həyat"ın "Megafun" istirahət mərkəzinin yaxın gələcəkdə Sumqayıt, Naxçıvan, Xaçmaz, Lənkəran, Gəncə, Şəki və Şamaxıda açılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə