Suriya müxalifəti protokolları Əsədin növbəti yalançı addımı hesab edib

Suriya müxalifəti protokolları Əsədin növbəti yalançı addımı hesab edib

Suriya müxalifəti müşahidəçilərin ölkəyə buraxılması protokollarını Bəşər Əsədin növbəti yalançı addımı hesab edib və bildirib ki, mülki əhalini yalnız xarici hərbi müdaxilə ilə qorumaq olar. Bu cür bəyanatla Suriya müxalifətinin Tunisdəki fəalları çıxış edib.


Suriyanın milli şurası isə bildirib ki, Əsədin qoşunları geri çəkmək niyyəti yoxdur. Şuranın rəhbəri Burhan Qaliun mətbuat konfransında verdiyi müsahibəsində qeyd edib ki, razılaşma əldə edilməsində məqsəd, sadəcə, vaxt udmaq və Ərəb Liqasını BMT-yə müraciətindən çəkindirməkdir.


"Biz daha sərt mövqe tələb edirik. Ərəb Liqası bu cür yalan vədlərə aldanmamalıdır. Biz Ərəb Liqası və BMT-ni Suriyanın tərkibində təhlükəsiz və toxunulmaz zona yaratmaqla əhalini qorumasını təkid edirik" - deyə Qaliun bildirib.


Qeyd edək ki, həm Ərəb Liqası, həm də dünya ölkələri Suriyaya qarşı hərbi müdaxilədən çəkinirlər. Buna əsas səbəb isə Yaxın Şərqdə münaqişələrin daha da böyüyərək İranın anti-İsrail siyasətində Suriyadan bəhanə kimi istifadə edəcəyi təhlükəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə