“Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu” mövzusunda konfrans keçirilib - YENİLƏNİB
Səbail rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Nəsillərarası münasibətlərin cəmiyyətin formalaşmasında rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd ailədə və cəmiyyətdə milli dəyərlərin gələcək nəsillərə ötürülməsinin, gənc nəslin yaşlı nəslə hörmətinin qorunub saxlanılması, gənclərdə ahıllara qarşı qayğı və diqqətin formaşalşdırılmasını təbliğ etməkdir.
Tədbirdə AQUPDK-nin sədri Hicran Hüseynova, Səbail RİH-nin başçısı Asif Əsgərov, əməkdar müəllim Aliyə Təhmasib və başqaları iştirak edib. Qeyd edək ki, tədbirin rəsmi hissəsində çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Səbail rayonunda görülən işlər həyata keçirilən layihələr və tədbirlər barədə məlumat verib.
O, qeyd edib ki, Azərbaycan xalqı dərin tarixi köklərə, milli-mənəvi dəyərlərə malik bir xalqdır. İstər qədim zamanlarda, istərsədə indiki dövrdə Azərbaycana gələn insanlar həmişə xalqımızın qonaqpərvərliyini, başqa xalqların nümayəndələrinə olan hörmət və isti münasibətləri ölkədə mövcud dini tolerantlığı, yaşlı nəslin nümayəndələrinə olan hörmət və ehtiramı xüsusi vurğulamış, bu kimi ənənələrin digər xalqlar üçün də nümunə olduğunu bildirib. Ailənin möhkəmliyi onun daxilindəki səmimi münasibətlər, ailə başçısı və yaşlı nəslə olan hörmət və ehtiram ənənələri xalqımız hər zaman xas olan cəhətlərdən olub.
İcra başçısı çıxışında həmçinin bildirib ki, rayonda yaşlı nəsil və gəncliyin nümayəndələri arasında münasibətlərin daha da möhkəmlənməsi, gənclərdə vətənə məhəbbət, yaşlılara isə hörmət və məhəbbət hisslərinin tərbiyəsi istiqamətində gündəlik işlər aparılır. Qeyd edək ki, bu işlər daha da genişlənəcək, gənclərin düzgün tərbiyəsi istiqamətində keçirilən tədbir və görüşlərin sayı artırılacaq.
Tədbirdə çıxış edən Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komotəsinin sədri, Hicran Nüseynova bildirib ki, ailədə və cəmiyyətdə milli dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin, gənc nəslin yaşlı nəslə, hörmət və məhəbbətinin qorunub saxlanılmasını, ahıllarla sıx ünsiyyətini yaradılmasını, gənclərdə ahıllara qarşı qayğı və diqqətin formalaşdırılamsını təblişi ilə bağlı işlər komitənin önəm verdiyi əsas işlərdən biridir. Bununla əlaqədar bir çox rayonlarda da bu mövzuda tədbirlər təşkil olunub.
Həmçinin tədbirdə iştiak edən, Milli Məclisin sosial siyasət Komutəsinin sədri Hadı Rəcəbli çıxış edərək ölkədə sosial sahədə görülən işlər, ahıl və gənc vətəndaşlarla bağlı həyata keçirilən layihələr barəsində danışıb. Əməkdar müəllim, prezident təqaüdçüsü Aliyə Təhmasib, Səbail rayon Gənclər və İdman İdarəsinin rəis müvini Faiq Qurbanov və başqalrı mövzu ilə əlaqədar rayonda aparılan işlər barədə məlumat verib, eyni zamanada bu işlərin gücləndirilməsi ilə bağlı təkliflərini iştirakçılarla bölüşüblər.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB