“Təmiz Şəhər”in növbəti uğuru

“Təmiz Şəhər”in növbəti uğuru

"Təmiz Şəhər" ASC Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının üzvlüyünə qəbul edilmiş və bu təşkilatın üzvlük hüquq və imtiyazlarından yararlanmaq imkanı əldə edib.

Qurumdan SİA-ya verilən xəbərə görə, Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyası bərk məişət tullantılarının idarə edilməsi sahəsində ətraf mühitə zərər verməyən üsullardan istifadə etməklə qlobal səviyyədə tullantıların idarə olunmasının effektivliyinin artırılması üçün çalışan yeganə beynəlxalq təşkilatdır. Tədqiqatçılar və tədqiqat mərkəzləri, ictimai müəssisələr, məsləhətçilər, özəl və dövlət müəssisələri, təşkilatlar və istehsalçılar daxil olmaqla üzvlərinin peşəkar və coğrafi müxtəlifliyi assosiasiyanın güc və potensialının əsas göstəricisidir. Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının üzvlərinin hər biri ixtisaslaşma sahələrində aparıcı təşkilatlardır və işgüzar mübadilə və əməkdaşlıq edərək qlobal səviyyədə tullantıların idarəedilməsi sahəsində yeniliklərə nail olurlar.

Beynəlxalq Bərk Məişət Tullantıları Assosiyasının 70-dən çox ölkədə üzvləri, Cənubi Amerika, Asiya, Sakit Okean Ölkələri və Yaxın Şərqdə regional ofisləri vardır. Assosiasiy BMT Ətraf Mühitin Mühafizəsi Proqramı ilə tərəfdaşlıq edir, Bazel konvensiyası, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və Avropa Birliyi Komissiyasının tullantıların idarəedilməsi ilə bağlı bütün iclaslarında iştirak hüququ vardır.

"Təmiz Şəhər" ASC Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının üzvü olmaqla beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək, digər ölkələrinin təcrübəsindən yararlanmaq və qlobal səviyyədə tullantıların idarəolunmasının bütün aspektləri üzrə məlumat və təcrübə mübadiləsi etmək hüququnu əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə