Atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 20-də saat 00.05-dən 00.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə