Gəncədə millət vəkili Rəbiyyət Aslanovanının kitabının təqdimatı keçirilib
Gəncə şəhər İcra Hakimiyyətində Milli Məclisin deputatı, istimai-siyasi xadim, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın müəllifi olduğu "Müasir dövlət və Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpasının 20 illik ildönümü işığında dövlətşünaslıq elmi" adlı kitabın təqdimat mərasimi keçirilib.
SİA-nın bölgə müxbirinin xəbərinə görə tədbirdə müəlliflə yanaşı, millət vəkilləri, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ziyalıları iştirak ediblər. Qeyd olunub ki, kitabda Azərbaycan xalqının siyasi, milli-mənəvi, ideoloji təşkilatlanmasının zirvəsi olan müstəqil dövlətçiliyimizin qət etdiyi yolun tarixi əhəmiyyəti, mahiyyəti və mənası ilə bağlı düşüncələr yer alıb. 20 ildə dövlətimizin keçdiyi milli quruculuq yoluna, dövlətçiliyin dönməzliyini təmin edən ulu öndər Heydər Əliyevin siyasi irsinin ardıcıl davamına, yeni yüzillikdə inkişaf prespektivlərinə nəzər salınıb.
Kitab 7 fəsil üzrə 439 səhifədən ibarətdir.
İlşam Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB