Bernar Fasye: “Bu qədər qan töküldükdən sonra elə bir nifrət yaranıb ki,..”
\"Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində pozitiv məqamlar var. Belə ki, son il yarım ərzində həmsədrlər qoşunların təmas xəttini beş dəfə qarşı tərəfə keçib\". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun səlahiyyətləri başa çatmış həmsədri Bernar Fasye Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, tərəqqinin digər isbatı ortada münaqişənin nizamlama layihəsini hazırlamaq üçün yazılı formada çərçivə prinsiplərinin olmasıdır: "Hələlik tərəflər təklif olunan prinsiplərə razılıq verməyib. Buna görə də hər iki tərəfin razılığını almaq üçün səyləri artırmaq lazımdır. Həmçinin qoşunların təmas xəttində itkilərin baş verməsi də təəssüfedici məqamdır. Hər dəfə əsgər, yaxud mülki şəxs öləndə bizə irad tuturlar. Lakin atəşkəs rejiminə riayət olunsa, belə hadisələr baş verməz. Mən tərəfləri bu rejimə riayət etməyə çağırıram".
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin çox vacib olduğunu deyən Bernar Fasie icmalar arasında sülhün yaranmasında medianın rolunu xüsusi qeyd edib. O, dini liderlər arasında görüş keçirilməsi ideyasını da dəstəkləyib: "Bu qədər qan töküldükdən sonra elə bir nifrət yaranıb ki, bunu yalnız danışıqlarla aradan qaldırmaq mümkün deyil. İnsanlar arasında da sülh yaratmaq lazımdır . Bu, sülh iqliminin formalaşmasına kömək edər. Bütün kanallardan istifadə etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB