Turizm mövzusunda müsabiqə elan olundu

Turizm mövzusunda müsabiqə elan olundu

"Azərbaycan Turizm İnstitutu "Azərbaycanda turizmin inkişaf perspektivləri" mövzusunda elmi-tədqiqat işləri müsabiqəsi keçirilməsi haqqında elan verib.

Azərbaycan Milli Elmlər Akademiyasından SİA-ya verilən məlumata görə, müsabiqədə yaşı 34-ə kimi olan bakalavr, magistr və gənc doktorantlar iştirak edə bilərlər.


Məlumata görə, müsabiqəyə ölkədə turizmin müxtəlif növlərinin inkişafı ilə əlaqədar təhlillərə və faktlara əsaslanan orijinal tədqiqat işləri qəbul edilir. Təqdim edilən işlər Azərbaycan, rus və ingilis dillərindən birində, A4 formatında, Times New Roman şrifti 12 pt ilə, 1.5 sətirarası intervalla, kənarlar yuxarıdan, aşağıdan və soldan 1.5 sm, sağdan 1.0 sm məsafə ilə, maksimum 10 səhifə həcmində olmalıdır. Məqalənin sonunda iştirakçı özü haqqında zəruri məlumatları verməlidir (ad/soyad, təhsil aldığı ali məktəb və ya işlədiyi elmi-tədqiqat müəssisəsi, ixtisası, mobil və ev telefon nömrəsi).


Müsabiqənin qalibləri üçün mükafatlar aşağıdakı kimi müəyyən edilib:

I yer – 500 AZN:

II yer – 300 AZN

III yer – 100 AZN.


Bütün xəbərlər Facebook səhifəmizdə