Qara Əjdaha özü ilə nələr gətirir?

Qara Əjdaha özü ilə nələr gətirir?

2012-ci il yaxınlaşır. Yeni ilin kosmik elementi – su, ilin hökmdarının rəngi isə qaradır. Bu rəng suyun dərinliklərinin rəngidir. Beləliklə, 2012-ci ilin simvolu qara su əjdahasıdır.


Bu ilin simvolu insanlara qətiyyətli, amma bir o qədər də arzulanan olmayan dəyişikliklərdir. Buna baxmayaraq, əjdaha ili uğur və qələbə ilidir. 2012-ci il yeni perspektivləri, düşüncələrin reallaşdırmaq üçün düşərli olacaq.


Deyillər yeni ili necə qarşılasan bütün ilin də o cür keçər. Əjdaha müdriklik, qoçaqlıq, səmimilik rəmzidir. Ancaq onun qəzəbi də dəhşətli olur. Ona görə də, 2012-ci ili yaxşı qarşılamaq lazımdır ki, əjdahanın qəzəbinə gəlməyəsən.


Bəs yeni ili necə qarşılamaq lazımdır ki, bütün ilin uğurlu keçsin?

Astroloqlar hesab edir ki, Əjdahanın qanadları altında olmaq üçün ilk növbədə fantastik və od püskürən Əjdahanın təbii xüsusiyyətlərini nəzərdən qacımamalıdır. Əjdaha səs-küyü, tox qarnı, əlvan rəngləri, gülüşü, şənliyi çox sevir. Ona görə də, yeni ildə bütün bu məqamları nəzərə almağı unutmayın.


Əjdaha tənbəl və onunla sinə-sinəyə gəlməyənləri sevmir. Onunla üz-üzə gəlib mərdliklə mübarizə aparanları isə yeni ildə bol sürpriz və hədiyyələr gözləyir.


Əjdaha bürclərlə necə dolanacaq?


Od ünsürlü Qoyun, Şir və Oxatanlar əgər öz bəxtlərini sınaqlara salmasalar qara Əjdaha onlara il boyunca uğurlar gətirəcək. Bu bürclər altında doğulanlar özlərinə uğurlu biznesmen obrazı yaratmaqla əks cinsin nümayəndələrinin gözündə təkrarsız görünəcəklər. Qoyduğunuz məqsədə çatmaq istəyirsinizsə bütün sahələrdə yaradıcılıq qabiliyyətinizdən istifadə etməlisiniz. Bu il ailə həyatı qurmaq istəyən od ünsürlü qadınlar üçün uğurlu olacaq. Onlara ailə qurmaq üçün bir necə təklif gələcək. Ancaq bu xanımlar təşəbbüsü öz əllərinə götürməlidirlər.


Su ünsürlü Balıq, Xərçəng və Əqrəb üçün isə 2012-ci il nisbətən ağır keçəcək. Bu bürc altında doğulanlar maddi baxımdan problemlərlə üzləşəcəklər. Ona görə də, hər hansı bir işə başlamazdan öncə min dəfə ölçüb bir dəfə biçməlisiniz. Hər bir halda öncədən sığortalamaq pis olmaz. Ancaq panikaya düşməyə heç bir ehtiyac yoxdur. Hər seyə sədrlə yanaşmaq və ağıllı qərarlar qəbul etmək lazımdır.


Hava ünsürlü Dolça, Əkiz və Tərəzi bürcü altında anadan olanları xüsusi çətinliklər gözləməsə də, böyük yüksəlişlər də gözləmir.

Bu bürc altında doğulanlardan çoxlu işləmək və öc çiyinlərinə düşən çətinlikləri digərlərinə yükləməmək tələb olunur. Yeni ilin başlanğıcında qohum və dostların köməyindən və maddi dəstəyini gözləməyin. Əvvəlcədən özünüzü öz yükünüzü çəkməyə hazır edin. Konfliktlərə girməmək, məsələlərə asan yanaşma sizin ətrafınıza elə insanları toplayacaq ki, gözləmədən yardım alacaqsınız. 2012-ci il alfons və ya kübar ev qızı obrazları üçün uğursuz olacaq.


Yer ünsürlü Buğa, Qız və Oğlaqları isə özlərinə layiqli yer tutmaq üçün yaradıcılıq qabiliyyətlərini artırmalıdırlar. Bu bürclər altında dünyaya gələnlər ailə məsələləri ilə daha çox məşğul olmalı olacaqlar. 2012-ci ildə ev dəyişmək, təmir etdirmək, məişət məsələləri ilə məşğul olmaq, yaxınlarına toy təşkil etmək, küsüşmək və barışmaq nəsibiniz olacaq.

Buğa, Qız və Oğlaqları yeni ildə məvaciblərinin artırmaq, öz maddi rifahlarını yaxşılaşdırmaq, hətta böyük məbləğdə miras almaq şansları çox olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə