ANAMA Türkiyədə kurs keçəcək

Türkiyənin Makina və Kimya Sənayesi Qurumunun (MKE) ANAMA-ya etdiyi müraciətinə əsasən, MKE-nin 10 nəfərlik heyətinin gələcəkdə Türkiyə ərazilərində Humanitar Mina Aksiyasında rolunu təmin etmək məqsədilə 28 noyabr 2011-ci il tarixindən ANAMA-nın TTKT-Qurumu tərəfindən 2-ci Səviyyəli EOD (Partlayıcı Sursatları Məhv Edilməsi) kursu həyata keçirilib.

ANAMA mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu təlim müddətində MKE heyəti minalar və müharibənin partlayıcı qalıqlarının təkmilləşmiş metodlar vasitəsilə məhv edilməsinə dair bilik və bacarıqlara yiyələnəcəklər. Qeyd olunan təlim kursu 2 həftə ərzində ANAMA-nın Göygöl Regional Tədris Mərkəzində nəzəri biliklərin öyrənilməsi və 2 həftə ərzində Füzuli regionunda praktik təlimlərin keçirilməsini əhatə edir.

Qeyd edək ki, bu kurs ANAMA tərəfindən Türkiyənin Makina və Kimya Sənayesi Qurumu üçün həyata keçirilən sayca 3-cü təlimidir.

Kursu uğurla başa vuracaq müdavimlərə EOD-2 kvalifikasiyası və beynəlxalq səviyyəli sertifikatlar təqdim olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə