“Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının təqdimat mərasimi keçiriləcək

“Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının təqdimat mərasimi keçiriləcək

Dekabrın 20-də Yeni Azərbaycan Partiyası Avropa Xalqları Partiyasının prezidenti Uilfrid Martensin "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının təqdimat mərasimini keçirəcək. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, dekabr 20-də Avropa Xalqları Partiyasının Prezidenti Uilfrid Martensin "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" adlı kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasiminin keçirilməsi həm ölkənin, həm də YAP-ın ictimai-siyasi həyatında mühüm hadisədir. Kitab Avropa ölkələrinin keçdiyi inkişaf və inteqrasiya mərhələlərinə işıq salmaqla yanaşı, bu dövlətlərin konfliklərin həllində əldə etdikləri təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir həm də ölkənin Avroatlantik məkana inteqrasiyası istiqamətində atılan addımlara YAP-ın özünəməxsus töhvəsidir. Təqdimat mərasimində kitabın müəllifi Uilfrid Martens başda olmaqla Belçikadan gəlmiş nümayəndə heyəti iştirak edəcək.

Məlumat üçün deyək ki, 1935-ci ildə Belçikada anadan olmuş Uilfrid Martens, Avropa inteqrasiyasının ideoloqlarından biri kimi öz siyasi karyerası boyunca Flamand Xristian-Demokrat Partiyasının sədri, Belçikanın Baş naziri, Avropa Xalqları Partiyasının sədri kimi mühüm vəzifələr daşıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə