Yeni ili qarşılamaq üçün Azərbaycanda olan otellər tam hazır vəziyyətdədir
Yeni ili qarşılamaq üçün Azərbaycanda olan otellər tam hazır vəziyyətdədir. SİA-nın xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. O bildirib ki, yeni ili qeyd etmək üçün regionlardakı otellərdə 2-3 günlük istirahətin qiyməti təxminən 400-500 manat olacaq.
"Bu normal qiymətlərdir və bu xidmətlərin sırasına Yeni il gecəsi ilə əlaqədar şou, oteldə qalma və qidalanma daxildir. Regionlarda bu il yeni ili keçirəcək turistlərin əksəriyyəti yerli turistlər olacaq. Bundan əlavə, yeni ili qeyd etmək üçün Dubaya, Türkiyəyə, və Praqaya yollananlar da olacaq. Amma Azərbaycanda Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı az olduğu üçün ölkədən gedənlərin sayı da az olacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB