Sumqayıtda 529 istehlakçı elektrik enerjisindən istifadə qaydalarını pozub

Sumqayıtda 529 istehlakçı elektrik enerjisindən istifadə qaydalarını pozub

Sumqayıt elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində keçirilmiş reydlər zamanı 529 istehlakçının (bundan 504-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 638 min kilovatsaatdan artıq (bundan 2 milyon 302,1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 158,3 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilib.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə burada 4126 qayda pozuntusu aktı tərtib olunub ki, bunun da 3942-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 15 milyon 102,9 min kilovatsaata yaxın (bundan 10 milyon 231,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 906,1 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Şamaxı EŞ-dən əldə edilən məlumata görə, cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 20 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib ki, bundan da 17-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 14,9 min kilovatsaata yaxın (bundan 13 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 890 manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 49 faizdən artıq hissəsinin ödənişi təmin edilib.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə keçirilmiş reydlər zamanı 207 qayda pozuntusu fakt aşkar olunub ki, bundan 173-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 173,8 min kilovatsaat (bundan 99,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 10,4 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 88 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə