Fevral ayında Azərbaycandan Krıma böyük infotur təşkil ediləcək

Fevral ayında Azərbaycandan Krıma böyük infotur təşkil ediləcək

"Sovet dövründə Krım ən yaxşı müalicəvi kurort yerlərindən biri olub. Amma son 20 il ərzində buna diqqət azalıb. Buna görə də hazırda Krımın sanatoriya bazası istənilən səviyyədə deyil". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Krımın kurortlar və turizm naziri Aleksandr Liyev deyib. Son 20 ildə Krımın bu sahədə unudulduğunu deyən nazir qeyd edib ki, bu illər əzində Krım yalnız çimərliyə çevrilib. A.Liyev vurğulayıb ki, hazırda dövlət Krım turizminə bu diqqətin yenidən artırılması üçün digər Sovet ölkələri kimi, Azərbaycanla da ciddi əlaqələr qurur. Onun sözlərinə görə, 2015-ci ilə kimi Krım Kurort və Turizm Nazirliyi Azərbaycandan gələn tutistlərin sayını 60 min nəfərədək artırmağı qarşısına məqsəd qoyub.

Bu istiqamətdə strategiya hazırlayaraq həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən krımlı nazir bildirib ki, səfər çərçivəsində bu məsələ ilə bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparılacaq.

"Bu gün Krım və Azəraycan isti turizm münasibətlərinin qurulmasının başlanğıc mərhələsindədir. Təəssüflər olsun ki, Azərbaycanın turist qruplarının sayı bizim istəklərimizə uyğun deyil.Ötən il putyovka ilə Krına tur edən azərbaycanlıların sayı 12 min nəfər olub. Bu, digər ittifaq respublikaları ilə müqayisədə az rəqəm deyil. Amma bu, azərbaycanlıların bizim xidmətlərə olan tələbatının göstəricisi deyil. Buna görə də biz iki tərəfli turist əlaqələri qurmaq istərdik. Bizim səfərimizin məqsədi də yalnız Krıma turistlər cəlb etmək deyil. Biz bu əlaqələrin qarşılıqlı şəkildə qurulmasını və hər iki tərəfə turist axınının artmasını istəyirik", - deyə o əlavə edib.

Nazir A.Liyev qeyd edib ki, gələn ilin fevral ayında Azərbaycandan Krıma böyük infoturun həyata keçirməyi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə