Ağdamın cəbhə kəndlərində kənd camaatı əkin sahələrinə çıxa bilmir

Ağdamın cəbhə kəndlərində kənd camaatı əkin sahələrinə çıxa bilmir

Bölgələrdə payızlıq taxıl səpini başa çatsada cəbhə yanı yaşayış məntəqələrindəki kəndlər bu günə qədər məhsul əkə bilməyiblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamın cəbhə kəndlərində pay torpaqlarının böyük hissəsi Ermənistan ordusu tərəfindən müşahidə edildiyindən kənd camaatı əkin sahələrinə çıxa bilmir. Rayonun Orta qışlaq , Çıraqlı və Çəmənli kəndlərində əkin və otlaq sahələri Ermənistan silahlı qüvvələri tərəfindən müşahidə edildiyindən sahəyə çıxan kəndli düşmən gülləsinə tuş gəlir.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə