Göygöldə əkin sahələri ziyanvericilərin hücumuna məruz qalıb

Göygöldə əkin sahələri ziyanvericilərin hücumuna məruz qalıb

Göygöldə payızlıq səpini üçün nəzərdə tutulan taxıl sahələrinin 30 faizinin itkiyə gedəcəyi artıq danılmazdır. Hektarlarla əkin sahəsi ziyanvericilərin hücumuna məruz qalıb. Fermerlərin bəziləri əkdikləri taxıldan ümidini üzüb. Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Ziyad Abbasovun SİA-ya verdiyi məlumata görə, vəziyyətin bu həddə çatması fermerlərin öz günahıdır. "Əkin zamanı aqrotexniki qulluq göstərilməyib, gübrələr dərmanlanmayıb. Bundan əlavə ziyanvericilər əsasən demiyə torpaqlarda qeydə alınır, bunun da başlıca səbəbi növbəli əkin sisteminin pozulmasıdır" - deyə Z.Abbasov vurğulayıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə